Press "Enter" to skip to content

Fikrət Məmmədov IAACA-nın vitse-prezidenti seçildi

Ədliyyə naziri Fikrət Məmmədov

Son yeniləmə: 6 Yanvar 2022 09:33

Bayraqdar.info – Korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2006-cı ildə BMT-nin dəstəyi ilə – Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) yaradılması qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, 100-dən çox dövləti birləşdirən İAACA-nın işində Azərbaycan daim fəal iştirak edir, beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə mühüm töhfələr verir. Azərbbaycan ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidentidir.

“Ötən ilin dekabrında qurumun İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yenidən formalaşdırılması məqsədilə yeni namizədlər təsdiq edilib.

“Bununla əlaqədar 2022-ci il yanvarın 5-də Assosiasiyanın videoformatda Ümumi Yığıncağı təşkil olunub. Bütün qitələrdən olan dövlətlərdən 90-dan çox nümayəndənin qatıldığı tədbirdə qurumun rəhbərliyinin seçkisi keçirilib. Honq-Konqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilib.

“Tədbirdə çıxış edən nazir F.Məmmədov IAACA-nın qlobal antikorrupsiya fəaliyyətində mühüm rolunu qeyd edib. B sahədə ölkənin təcrübəsini bölüşüb. Nazir Assosiasiyanın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib, IAACA-nın gələcək fəaliyyətinə dair təkliflər irəli sürüb.

“Eyni zamanda, IAACA-nın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun Baş katibinin, fəxri üzv və müşavirlərin seçilməsi məsələsinə baxılıb, Azərbaycanın təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub.

“Elə həmin gün Assosiasiyanın yeni formalaşdırılmış İcraiyyə Komitəsinin iclası keçirilib. IAACA-nın rəhbər orqanı olan Komitədə bütün qitələrdən, o cümlədən Avropadan İtaliya, İspaniya, Fransa, Azərbaycan və sair təmsil olunur.

“İclasda təşkilati və digər məsələlər müzakirə olunub, antikorrupsiya tədbirlərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı Assosiasiya rəhbərliyinin konkret regionlar üzrə səlahiyyətləri müəyyən edilib. 20-dən çox dövləti əhatə edən Şərqi Avropa regionu ölkəmizin ədliyyə nazirinə həvalə olunub.

“Qeyd edilib ki, IAACA tərəfindən konkret regionlar üzrə korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsiv məqsədilə görüşlərin, treninqlərin və digər tədbirlərin təşkili nəzərdə tutulur. Bununla əlaqədar iclasda müvafiq fəaliyyət planının hazırlanması qərara alınıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.