Press "Enter" to skip to content

Ersin Tatar: Türkiyə, Azərbaycan və KKTC hər zaman bir, bütöv olacaq

Son yeniləmə: 7 Yanvar 2022 09:43

Bayraqdar.info – “Türkiyə, Azərbaycan və KKTC “bir millət, üç dövlət” olaraq hər zaman bir bütöv olacaq”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Azərbaycanın önəmli xəbər kanallarından biri olan Real TV-yə müsahibəsində deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, telekanalın baş redaktoru Səbinə Ağayevanın suallarını cavablandıran E.Tatar KKTC xalqının və Azərbaycan türklərinin oxşar acıları yaşadığını deyib.

Müsahibəsində Kıbrısda iki suveren, bərabərhüquqlu dövlətin əməkdaşlığına əsaslanan həll modelini nəzərdə tutan yeni siyasətin əhəmiyyətini vurğulayan E.Tatar, Ana vətən Türkiyənin hərtərəfli dəstəyi ilə bu siyasət barədə dünyanı məlumatlandırmaqda davam edəcəklərini bildirib.

Cümhurbaşqanı Azərbaycanın haqlı davası olan Vətən müharibəsində uğur qazanmasının və torpaqlarını işğaldan azad etməsinin Kıbrıs türk xalqında böyük qürur hissi yaratdığını söyləyib: “Böyük dastan yazaraq Qarabağı azad edən qardaş Azərbaycanı bu böyük qələbə münasibətilə təbrik edirəm”.

KKTC-Azərbaycan münasibətlərindən də bəhs edən E.Tatar Kıbrıs türklərinin Azərbaycanla sevgi bağı olduğunu vurğulayıb: “Biz eyni millətin oğullarıyıq. Bilirəm ki, sizin də ürəyiniz bizimlədir. Qəlbimiz, taleyimiz və gələcəyimiz birdir. Türkiyə, Azərbaycan və KKTC “bir millət, üç dövlət” olaraq hər zaman bir bütöv olacaq”.

KKTC ilə Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafını arzuladığını qeyd edən E.Tatar iki ölkə arasında çarter reyslərinin açılmasının və ticarət əlaqələrinin yaxşılaşmasının arzuedilən olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.