Press "Enter" to skip to content

Dünya şöhrətli professor “Yeni çağırışlar”da

Filip Kotler

Son yeniləmə: 6 Yanvar 2022 11:13

Bayraqdar.info – Yanvarın 7-də saat 20:00-də “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın bu dəfəki qonağı dünya şöhrətli professor, tədqiqatçı, yazıçı, beynəlxalq bestseller müəllifi Filip Kotlerdir. Dünyada “Müasir marketinqin atası” olaraq tanınan Filip Kotler ilə təhsildə brendləşmə barədə danışılacaq.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

“Filip Kotler 50 ildən çox müddətdə Norsvest Universitetinin Kellogg Menecment fakültəsində dərs deyib. Professorun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. Dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülüb. 80 kitabın, o cümlədən, 150-dən çox elmi məqalənin müəllifidir.

“Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “ T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.