Press "Enter" to skip to content

Daima Qazaxıstanın yanındayıq

Son yeniləmə: 6 Yanvar 2022 15:10

Bayraqdar.info – “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələri ciddi narahatlıqla izləməkdədir”.

Bu fikirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatın qurucu üzv dövləti Qazaxıstanda baş verən hadisələrlə bağlı bəyanatında öz əksini tapıb.

Fonddan bayraqdar.info-ya yanvarın 6-da verilən məlumatda belə deyilir. Bildirilir ki, bəyanatda həmçinin vurğulanıb: “Biz əminik ki, çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və Türk Dünyasının, Türk Birlyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əminamanlıq şəraitində inkişaf edərək, daha böyük uğurlar qazanacaqdır.

Daima Qazaxıstanın yanında olduğumuzu ifadə edərək, tezliklə sabitliyin bərpasına dərindən inanır, qardaş qazax xalqına xoşbəxtlik və firavanlıq arzu edirik. Hadisələr nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Mission News Theme by Compete Themes.