Press "Enter" to skip to content

Dəstəyə hazırıq

Son yeniləmə: 6 Yanvar 2022 14:39

Bayraqdar.info – “Qazaxıstan hökumətinə və xalqına ehtiyac ola biləcək dəstəyi verməyə hazırıq”.

Bu fikirlər Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı bəynatında öz əskini tapıb.

Bu barədə yayılan məlumata görə, açıqlamada daha sonra deyilir: “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik. Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq”.

Bəyanat bu sözlərlə tamamlanır: “Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.