Son yeniləmə: 6 Yanvar 2022 19:58
Bayraqdar.info – Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.
Bu barədə bayraqdar.info-ya SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. İ.Əhmədov bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur. Uzunluğu 1 min768 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Ötən ilin dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.