Press "Enter" to skip to content

Zalsburqda həmrəylik günü

Son yeniləmə: 5 Yanvar 2022 13:58

Bayraqdar.info – Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bayramlar münasibətilə soydaşlarımızı təbrik edib, icma üzvlərinin il ərzində həyata keçirdikləri işlər barədə məlumat verib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi parlaq və tarixi Zəfərdən söz açılıb, 44 gün davam edən müharibə dövründə xalqımızın və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi misilsiz həmrəylik nümunəsi adlandırılıb.

Sonra Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılmasında və 2021-ci ildə diaspor quruculuğunda göstərdikləri xidmətlərə görə bir qrup fəala təşəkkürnamələr təqdim olunub. Onların arasında həkim-psixoloq Nərmin Xanalizadə, I Qarabağ müharibəsinin qazisi Ramiz Məmmədov, tükiyəli iş adamı Durmuş Aydəmir də olub.

Təşəkkürnaməyə görə minnətdarlığını bildirən Qarabağ qazisi Ramiz Məmmədov vətənpərvərliyin təbliğinin xaricdə yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, Avstriyada yaşayan soydaşlarımız adından Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdiyini, əzəli və tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası naminə Ali Baş Komandanın möhkəm siyasi iradə və qətiyyət göstərdiyinin heç bir zaman unudulmayacağını bildirib.

Tədbir bayram konserti ilə davam edib.

Mission News Theme by Compete Themes.