Son yeniləmə: 5 Yanvar 2022 11:38
Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi məqsədilə 31 dekabr Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
FHN-dən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, FHN-nin 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış həyata keçirilib. 15 nəfər köməksiz vəziyyətdə qalan şəxsə yardım edilib. Bir nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
“Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib”, – deyə FHN-in məlumatında qeyd edilir.