Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanından daha bir mühüm sərəncam

Son yeniləmə: 5 Yanvar 2022 14:04

Bayraqdar.info – Türkiyədəki mövcud problemlərdən çıxış məqsədi ilə növbəti önəmli addım atılıb. Belə ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğan “Sərvət barışı”nın (“Varlık barışı”) müddətinin altı ay uzadılmasına dair sərəncam imzalayıb.

Artıq sərəncam Resmi Gazetedə yayımlanıb.

Qeyd edək ki, “Sərvət barışı” ölkə xaricində pul, qızıl, daşınar əmlak və digər sərmayə bazarı vasitələri mövcud olan şəxslərin sərvətlərini vergi yoxlamasına cəlb etmədən Türkiyədə dəyərləndirmək üçün tətbiq edilir.

Türkiyə Cümhurbaşqanının sərəncamında göstərilir ki, bu sərvətlərin bank və ya vasitəçi qurumlara bəyan edilməsinin 2021-ci il dekabrın 31-də başa çatan müddəti 30 iyun 2022-ci ilə qədər uzadılıb.

Bildirmək yerinə düşər ki, həmin tarixə qədər sərvətləri haqqında məlumat verən şəxslər öz sərvətlərindən vergi yoxlanışı aparılmadan sərbəst istifadə edə biləcəklər.

Mission News Theme by Compete Themes.