Son yeniləmə: 5 Yanvar 2022 15:52
Bayraqdar.info – “Təcili yardım tərəfindən koronavirusla bağlı yaxma temperatur 38 dərəcədən yüksək olduqda götürülür”.
Səhiyyə Nazirliyindən verilən xəbərdə bildirilir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib. O qeyd edib ki, temperatur az olduqda isə poliklinikalardakı məntəqələrə müraciət olunmalıdır.