Press "Enter" to skip to content

Sayğacların oxunuşu yanvarın 10-dək davam edəcək – “AZƏRİQAZ”

"Azəriqaz" İB

Son yeniləmə: 5 Yanvar 2022 13:48

Bayraqdar.info – Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır.

Bu barədə bayraqdar.info-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvarın ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.

Məlumatda qeyd edilib ki, əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən fotoşəklini çəkərək (+99477) 3 104 104 vatçap nömrəsinə göndərə bilər: “Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.