Press "Enter" to skip to content

“Little YARAT” proqramının ustad dərsləri

"Little YARAT"

Son yeniləmə: 5 Yanvar 2022 11:06

Bayraqdar.info – YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının ustad dərsləri davam edir.

“YARAT”dan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, proqram çərçivəsində bu ay üçün nəzərdə tutulan ustad dərsləri yanvarın 8-dən başlayacaq. Yanvarın 8-i və 15-də Azərbaycan Rəngkarlıq Muzeyində Anar Şəmsin iştirakı ilə “Rəssam olaydım” ustad dərsləri keçiriləcək. Həmçinin yanvarın 22-də Günel Ravilovanın iştirakı ilə “Xəyallar şəhəri”, 29-da isə Gülnarə Xəlilovanın iştirakı ilə “Ünsürlər” adlı ustad dərsləri təşkil olunacaq. Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılacaq.

Mission News Theme by Compete Themes.