Son yeniləmə: 5 Yanvar 2022 09:16
Bayraqdar.info – Dünya azərbaycanlıları daha bir ili sevinclə, qürurla başa vurdu. Başa çatan 2021-ci il, həmçinin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyanın müxtəlif yerlərində tədbirlər, şənliklər keçirildi.
Lakin təəssüflər olsun ki, Güney Azərbaycan türkləri hələlik bu bayramı istədikləri şəkildə, azad keçirə bilmirlər. Bununla belə Güney Azərbaycan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü özünəməxsus tərzdə qeyd edib.
Araz News xəbər verir ki, bu münasibətlə Təbrizdə və digər Güney Azərbaycan şəhərlərində küçələrə, evlərin divarlarına milli şüarlar yazılıb. Türklükdən və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüdən bəhs edən bu şüarlarla yanaşı, divarlara anlamlı rəsmlər də çəkilib.