Son yeniləmə: 5 Yanvar 2022 19:13
Bayraqdar.info – Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən Qitə birinciliyində ölkəni 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlük ilk dəfə qitə birinciliyində çıxış edəcək.
Nazirlikdən qeyd edilib ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi “Pekin-2022” Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.