Son yeniləmə: 5 Yanvar 2022 14:37
Bayraqdar.info – Bayram günlərində (31 dekabrdan 5 yanvaradək) Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
“Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.
“İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib. Müraciət edən digər 36 nəfərdə isə zəhərlənmə faktı qeydə alınmayıb”, – deyə məlumatda bildirilir.