Son yeniləmə: 5 Yanvar 2022 09:20
Bayraqdar.info – Türkiyənin ATV kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir” yarışma proqramında maraqlı anlar yaşanıb. Belə ki, yarışa qatılan Aslı Yılmaz adlı iştirakçının ünvanlanan suala “Bakı” cavabını verməsi, onu 7 min 500 TL qazanmaq şansından məhrum edib.
Bu barədə yayılan məlumata görə, aparıcı iştirakçıya 7 min 500 TL dəyərində “Ercan Hava Limanı haradadır?” sualını verib. Aslı Yılmaz suala cavab vermək üçün “tamaşaçı Joker”indən istifadə etsə də, tamaşaçılar necə deyərlər onu yarı yolda qoyublar.
Belə ki, zaldakı tamaşaçıların 37 faizinin “Bakı” cavabını verməsini əsas götürən iştirakçı bununla da oyunla vidalaşmalı olub.
Onu da xatırladaq ki, Ercan Hava Limanı Kuzey Kıbrıs Türk Cümhiryyətinin paytaxtında yerləşir və sualın düzgün cavabı “Lefkoşa” idi. Elə tamaşaçıların 32 faizi məhz bu cavabı qeyd ediblər.
https://www.youtube.com/watch?v=N7mO9UY5HQw