Press "Enter" to skip to content

Ankaradan Afinaya sərt əks-reaksiya

Tanju Bilgiç

Son yeniləmə: 5 Yanvar 2022 01:56

Tanju Bilgiç:Yunanıstanın qeyri-real təsəvvür yaratmaq cəhdini rədd edirik

Bayraqdar.info – Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın fikirlərinə Ankaradan kəskin əks-reaksiya verilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç N.Dendiasın açıqlamasına cavab olaraq “Yunanıstanın ölkəmizin hüquq və mənafelərini müdafiə iradəsini təhdid olaraq qiymətləndirməsini və bu istiqamətdə qeyri-real təsəvvür yaratmaq cəhdlərini rədd edirik”, – deyib.

O, qeyd edib ki əgər bölgədə bir təhlükə varsa, bu təhlükə məhz Yunanıstanın gərginliyi artıran təktərəfli hərəkətlərindən qaynaqlanır.

Mövzu ilə bağlı suala verdiyi yazılı cavabda T.Bilgiç, N.Dendiasın açıqlamalarını “təxribat xarakterli danışıq” kimi qiymətləndirib:“Yunanıstanın xarici işlər naziri N.Dendiasın demək olar ki, hər gün Türkiyə əleyhinə verdiyi açıqlamalar sülh və sabitliyə xidmət etməyən, reallıqdan uzaq, populist iddialardır. Bu təxribatçı ritorika nə mehriban qonşuluq münasibətlərinə, nə də Yunanıstanla yenidən başladığımız Məşvərət Danışıqlarının ruhuna uyğundur”.

T.Bilgiç Yunanıstanı beynəlxalq müqavilələrə və qanunlara hörmətlə yanaşmağa dəvət edib.

Xatırladaq ki, yanvarın 4-də Afinada Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl Səudla keçirdiyi mətbuat konfransında N.Dendias reallıqdan uzaq və antiTürkiyə açıqlamaları verib.

“Türkiyə xoş niyyətini göstərmək istəyirsə, Liviya ilə dəniz yurisdiksiya ərazilərinin müəyyən edilməsinə dair razılaşmanı ləğv etməlidir” ifadəsini işlədən N.Dendias Türkiyənin bölgədə təcavüzkar siyasət yürütdüyünü iddia edib.

Mission News Theme by Compete Themes.