Press "Enter" to skip to content

Albaniyada türk adlarına maraq artır

Bayraqdar.info – Türk seriallarının təsiri ilə Albaniyada türk adları populyarlaşmağa başlayıb.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, INSTAT-ın (Statistika İnstitutu) hesablamalarına əsasən 2021-ci ildə Albaniyada ən çox seçilən adlar qızlar üçün Amelia və Ajla, oğlanlar üçün isə Noel və Aron olub.

INSTAT ötən il uşaqlara verilən ən populyar adların şəhərlər üzrə paylanmasını göstərən interaktiv xəritə də dərc edib. Məlumatlara görə, övladlarına tarixi İlir adları verən ailələrin sayı azalarkən, yeni adlarda Albaniya televiziyalarında yayımlanan serialların təsiri hiss olunub.

Euronews Albaniya xəbərinə görə, türk seriallarının təsiri ilə bir çox ailələr uşaqlarına Türkiyədə yayılmış adlar qoymağa başlayıblar.

Mission News Theme by Compete Themes.