Son yeniləmə: 5 Yanvar 2022 13:22
Bayraqdar.info – Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir. Müraciətlərin sayı 4 min 83 nəfər təşkil edir. Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirildiyinə görə, müraciətlərin nəticəsi olaraq, dekabr 23-ü 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.
“25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3 min 137, WhatsApp messenger üzərindən 2 min 160, elektron ünvanlardan 1 min 767, Nazirliyin saytı vasitəsilə və məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7 min 179 sorğu daxil olub.
“Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır”. Təhsil Nazirliyinin xəbərində belə bildirilir.