Son yeniləmə: 5 Yanvar 2022 16:57
Bayraqdar.info – Ötən il paytaxtda 179 ədəd piyada və nəqliyyat işıqforu quraşdırılıb. Bu barədə yanvarın 5-də Bakı Nəqliyyat Agentliyindən bayraqdar.info-ya məlumat verilib. Bildirilib ki, 10 məntəqədə işıqfor səs siqnalı ilə təchiz edilib. 58 məntəqədə isə mövcud işıqforlara piyada seksiyası quraşdırılıb.
Həmçinin, BNA-dan o da bildirilir ki, 2021-ci ildə 19 taksi duracaq məntəqəsi təşkil edilib. Bundan başqa 2021-ci ildə 4 küçə və prospekt “İdeal səki” tələblərinə uyğunlaşdırılıb. 27 küçə və prospektdə 120-yə yaxın eyni səviyyəli piyada keçidi təşkil edilib. 123 məntəqədə isə piyada yol göstəricisi quraşdırılıb.