Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Bunları qısa zaman ərzində geridə qoyacayıq

Recep Tayyip Erdoğan

Bayraqdar.info – “Vətəndaşlarımızı nə valyuta məzənnələrindəki dalğalanmanın, nə də həddindən artıq qiymət artımı yükü altında qoymamaqda qərarlıyıq”.

Bunu Türkiyə Cümhurbaşqanı və AK Pari Genel başqanı Recep Tayyip Erdoğan yanvarın 4-də partiyanın mərkəzi qərargahında keçirilən tədbirdə deyib. AK Partinin 151-ci Genişləndirilmiş İl Başçıları Yığıncağında etdiyi çıxışında R.T. Erdoğan bir çox məqamlara toxunub.

Türkiyə mediasının məlumatına görə, Cümhurbaşqanı hər addımda millətin yanında olduqlarını göstərdiklərini və göstərəcəklərini ifadə edib.

R.T.Erdoğan ölkənin əldə etdiyi uğurlarla yanaşı bəzi sıxıntıların da yaşandığını qeyd edib: “Məzənnənin həddən artıq dəyişməsi, qiymətlərin hədsiz artması kimi xoşagəlməz hadisələri yolumza çıxan tikanlar və çınqıllar kimi görürük. Millət olaraq canımızı acıtsa da, bunları qısa zaman ərzində geridə qoyacayıq və ölkəmizi mütləq dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil edəcəyik”.

Qardaş ölkənin Cümhurbaşqanı “Elan etdiyimiz ehtiyat paketi ilə məzənnə üzərindəki köpüyü tez bir zamanda aradan qaldırdıq. İnşallah, inflyasiya üzərindəki köpüyü də tez bir zamanda aradan qaldırıb ölkəmizi haqq etmədiyi bu vəziyyətdən xilas edəcəyik. Vətəndaşlarımızı valyuta məzənnəsindəki dalğalanmaların və ya həddindən artıq qiymət artımlarının yükü altında qoymamaqda qərarlıyıq”, – deyə əlavə edib.

Mission News Theme by Compete Themes.