Press "Enter" to skip to content

Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində – VİDEO

Müdafiə naziri hərbi hissələrdə

Bayraqdar.info – Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirlir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Nazir hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

“Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib. Z.Həsənov inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

“Sonra nazir şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

“Sonda Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.