Press "Enter" to skip to content

Şuşa türk dünyası üçün də xüsusi dəyərə malik şəhərdir

Hulusi Kılıç

Son yeniləmə: 3 Yanvar 2022 14:07

Hulusi Kılıç: Türk dünyasına bağlı olan müxtəlif beynəlxalq təşkilatlar bu il ərzində Şuşanı öz fəaliyyət proqramlarının ön sırasında qeyd etməlidirlər

Bayraqdar.info – “Şuşa türk dünyası üçün də xüsusi dəyərə malik şəhərdir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Prezident İlham Əliyevin qərarı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini böyük sevinclə qarşıladığını deyən diplomat daha sonra bildirib: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq. Bu tarixi ildönümünə təsadüf edən 2022-ci ilin Azərbaycanda Şuşa ili elan edilməsi böyük əhəmiyyətə malikdir. Bu qərar bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq”.

H.Kılıç deyib ki, bu qərar türk dünyası üçün də böyük önəm kəsb edir: “Şuşanı türk dünyasının əbədi mədəniyyət paytaxtı elan etmək lazımdı. Eyni zamanda, hesab edirəm ki, türk dünyasına bağlı olan müxtəlif beynəlxalq təşkilatlar bu il ərzində Şuşanı öz fəaliyyət proqramlarının ön sırasında qeyd etməldirlər. Bu təşkilatlar tərəfindən ilboyu Şuşada silsilə elmi, mədəni tədbirlər, kofranslar, simpoziumlar, o cümlədən festival və konsertlər keçirilsə, bunun böyük əhəmiyyəti olar. Yəni istər ermənilər, istərsə də bütünlüklə dünya bundan öz mesajını almış olar”.

Mission News Theme by Compete Themes.