Press "Enter" to skip to content

Fahrettin Altundan alpinist Birkan Uzunla bağlı paylaşım

Fahrettin Altun

Son yeniləmə: 2 Yanvar 2022 19:07

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun ABŞ-da qəza nəticəsində dünyasını dəyişən kıbrıslı türk alpinist, Antarktikanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsində KKTC bayrağını dalğalandıran Birkan Uzunla bağlı başsağlığı mesaji yayımlayıb.

Bu barədə yayılan məlumatda deyilir ki, F.Altun rəsmi Tvitter hesabında etdiyi paylaşımda, əldə etdiyi nailiyyətlərlə hər kəsi qürurlandıran B.Uzunun Amerikada qəza nəticəsində dünyasını dəyişdiyini dərin hüznlə öyrəndiyini bildirib.

Paylaşımda deyilir: “7 qitədə 7 zirvə hədəfi ilə böyük uğurlara imza ataraq Kıbrıs türkünün suverenlik və müstəqillik rəmzi olan KKTC bayrağını dünyanın bir çox zirvələrində dalğalandıraraq, qürur mənbəyimizə çevrilən oğlumuz Birkana Allahdan rəhmət, bütün ailəsinə və sevənlərinə səbr diləyirəm. Mən tam inanıram ki, onun böyük sədaqətlə, zəhmətlə, çətin yollarda qazandığı nailiyyətlər, cəsarət, zəhmət və vətənpərvərlik bir çox gənclərimiz üçün ilham mənbəyi olacaqdır. Vətəninə, millətinə böyük sevgi ilə bağlı olan Birkanımız hər zaman qəlbimizin ən xüsusi yerində yaşayacaq”.

 

Mission News Theme by Compete Themes.