Son yeniləmə: 31 Dekabr 2021 23:57
Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin son saatlarında xalqa ənənəvi müraciət edib. Ölkə TV kanallarında eyni vaxtda yayımlanan müraciətdə Prezident Azərbaycan dövlətinin ötən il ərzində əldə etdiyi uğurlardan, özəlliklə də beynəlxalq platformalarda əldə edilən nailiyyətlərdən söz açıb.
İ.Əliyev öz çıxışında Ermənistanla münasibətlərə də toxunub və 2-ci Qarabağ savaşı, işğal dövründə yaşanmış vəhşiliklərin heç vaxt unudulmayacağını deyib.
Prezident çıxışının sonunda bütün dünya Azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.
O, 2022-ci ili Şuşa İli elan etdiyini deyib.
Prezident öz çıxışında şəhid və qazilər haqqında yüksək fikirlər səsləndirib.