Press "Enter" to skip to content

Varşavada blits və rapid üzrə dünya çempionatı

Şəhriyar Məmmədyarov

Son yeniləmə: 30 Dekabr 2021 10:03

Bayraqdar.info – Dekabrın 29-da şahmatçılar blits turnirinin ilk turlarında iştirak ediblər. On iki turda mübarizə aparan kişi şahmatçılarından Məhəmməd Muradlı 8 xalla 17-ci, Şəhriyar Məmmədyarov 7,5 xalla 24-cü, Rauf Məmmədov eyni xalla 31-ci yerlərdə qərarlaşıblar. Vasif Durarbəyli, Vüqar Əsədli hərəyə 7 xal, Aydın Süleymanlı 6, Xəzər Babazadə isə 5 xal qazanıblar. Qadın təmsilçilərimiz – Xanım Balacayeva, Türkan və Zeynəb Məmmədyarovalar və Gülnar Məmmədova 9 turdan 5 xal toplayaraq 31-47-ci yerləri bölüşüblər.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya bildirilib ki, çempionat çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçılardan kişilərin yarışında 13 turdan 9 xal toplayan Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.

“Qadınların yarışında isə ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal əldə edən şahmatçı bu nəticə ilə 12-ci yeri tutub. Digər təmsilçilər Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.

“Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.

“Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.