Press "Enter" to skip to content

İl ərzində yeni layihələr həyata keçirilib

Bayraqdar.info – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2021-ci ildə bir çox layihələrdə təkmilləşdirmə aparılaraq yeni imkanlar yaradılıb. Bu müddətdə həmçinin yeni layihələr həyata keçirilib.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə Milli İnformasiya Mübadilə Sistemi – “ASAN Bridge” istifadəyə verilib, 37 qurum inteqrasiya olunub. Mərkəz tərəfindən “myGov” elektron hökumət portalının mobil tətbiqi, eləcə də vaksin pasportlarının yoxlanması üçün “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Həmçinin “myGov” elektron hökumət portalına vaksin, əks göstəriş və immunitet sertifikatları inteqrasiya edilib. Portalda bir sıra yeni xidmətlər yaradılıb, inteqrasiyalar həyata keçirilib. “ASAN Login”də vətəndaşlar üçün videoqeydiyyat imkanı, eləcə də yeni mobil nömrə əlavəsi imkanı yaradılıb və istifadəçi sayı 2.3 milyona çatıb.

Pandemiyada yaradılan icaze.e-gov.az sistemində şənliklərin qeydiyyatının aparılması məqsədilə işlər aparılıb. Mərkəz tərəfindən 3 “ASAN xidmət” mərkəzində rəqəmsal hökumət pəncərələri yaradılıb.

Mission News Theme by Compete Themes.