Son yeniləmə: 30 Dekabr 2021 09:16
Bayraqdar.info – “Biz Kıbrısda iki bərabər dövlətin tərəfdarıyıq. Doğu Akdenizdəki hüquq və maraqlarımızdan, Kıbrıslı qardaşlarımızın qanunlarını qorumaqdan vaz keçməyəcəyik”.
Bunu qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Bosniya və Herseqovinada CNN Türk-ün suallarını cavablandıran nazir bir daha Türkiyənin Kıbrısla bağlı mövqeyini dünyaya bəyan edib.
Yunanıstanla yaşanan gərginliklə bağlı suala cavabında nazir “Sülh istədiyimizi deyirik. Sülhə gedən yol məsləhətləşmələrdən keçir. İki dəfə Afinaya nümayəndə heyətlərimiz getdi, bir dəfə Yunanıstandan səfər gerçəkləşdi. Biz müdafiə nazirləirimizlə yanaşı turizm nazirlərinin görüşməsini istəyirik”, – deyib.
Yunanıstanın silahlanmasına toxunan nazir bildirib: “Bunların əbəs cəhdlər olduğunu dedik, bundan sonra da deyəcəyik”.