Press "Enter" to skip to content

Hökumətdən toyuq ətinin qiymətinin artmaması qərarı

Baş nazir Əli Əsədov

Son yeniləmə: 30 Dekabr 2021 11:05

Bayraqdar.info – Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlər daha iki il uzadılıb.

Bayraqdar.info bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir ki, güzəştlər 2021-ci ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı idxal olunan toyuqlar və onların hissələrinin 1 kq-na 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Bundan öncə bu məhsulların 1 kq-na 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.

Mission News Theme by Compete Themes.