Press "Enter" to skip to content

Fars-molla rejimi daha bir körpəni adsız qoyub

Miyanə

Son yeniləmə: 30 Dekabr 2021 16:06

Bayraqdar.info – Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindən olan bir yaşlı Sevgiyə şəxsiyyət vəsiqəsi verilmir. Səbəb kimi İran Qeydiyyat İdarəsinin tərtib etdiyi siyahıda belə bir adın olmadığı göstərilir.

“Azad İran” Telegram kanalı xəbər verir ki, Sevginin anası Rəna Palar sosial media hesabında bununla bağlı etdiyi paylaşımda qızının bir yaşının olmasına baxmayaraq, ona şəxsiyyət vəsiqəsi ala bilmədiklərini yazıb.

“Dekabrın 29-da qızım Sevginin bir yaşı tamam oldu. Ancaq Təbriz şəhər Qeydiyyat İdarəsinin irəli sürdüyü maneələr ucbatından (Sevgi adının türkcə olmasına görə) ona şəxsiyyət vəsiqəsi ala bilməmişik”, – deyə R.Palar yazıb.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaşanıb və məsələ ictimailəşdirilib.

Fars-molla rejimi uşağa türk adı verməyə qoymur

Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan, Alparslan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

İran rejimi türk adı almaq istəyən uşağa üç ildır kimlik vermir

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk” Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, BMT-nin Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib. Hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı alçaldılması” da vurğulanıb.

Mission News Theme by Compete Themes.