Press "Enter" to skip to content

Fərid Qayıbov Reqbi Federasiyasının rəhbərliyi ilə

Fərid Qayıbov

Son yeniləmə: 30 Dekabr 2021 10:11

Bayraqdar.info – Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya bildiriblər ki, nazir ölkədə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb. O, qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkədə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.

“Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. O bildirib ki, Federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.

“Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, idman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.