Son yeniləmə: 30 Dekabr 2021 13:25
Bayraqdar.info – Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə sosial layihələr həyata keçirib.
Bu barədə bayraqdar.info-ya dekabrın 30-da şirkətdən məlumat verilib.
Bildirilib ki, və 30 ildir ki, Azərbaycanın bir parçasına çevrilmiş “Azərsun Holdinq” öz ənənəsinə sadiq qalıb. Belə ki, bayram münasibətilə şirkətlər qrupu əməkdaşları Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə sözügedən rayonda qeydiyyatda olan şəhid və müharibə iştirakçıları, aztəminatlı ailələri ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib: “Aksiya Suraxanı rayonu, Nizami rayonu vəKeşlə qəsəbəsində də davam edib. Minlərlə aztəminatlı, şəhid və qazı ailələri ziyarət olunub, bayram bağlaması hədiyyə edilib.
Fəaliyyəti dövründə ölkəmizin tarixi və ənənələrinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və sağlamlığını itirmiş qazilərin övladları üçün də Yeni il şənliyi təşkil edib”.