Son yeniləmə: 29 Dekabr 2021 14:02
Bayraqdar.info – Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Qeyd edək ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ölkədə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək”, – deyə xəbərdə bildirilir.