Press "Enter" to skip to content

Payızlıq əkinlərlə bağlı fermerlərə səyyar xidmət

Fermerlərə səyyar xidmət

Son yeniləmə: 29 Dekabr 2021 17:46

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.

Bu barədə bayraqdar.info-ya dekabrın 29-da Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

“İndiyədək səyyar xidmət Şəki, Sabirabad, İmişli, Füzuli Goranboy, Tərtər, Tovuz, Zaqatala, Cəlilabad, Hacıqabul və Şəmkir rayonlarının kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq EKTİS-də öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş, ümumilikdə 13 min 106 fermerə səyyar aqrar xidmət göstərməklə 25 min 486 bəyan sistemə daxil edilib. Səyyar xidmət qrupu tərəfindən bəyanların qəbulu dekabr ayının 30-da başa catır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.