Son yeniləmə: 29 Dekabr 2021 13:36
Bayraqdar.info – Bu il Bakıda 3-cü doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb.
Bu barədə bayraqdar.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
“Paytaxtda təhsil işçilərinin 33 min 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir. Onlardan 17 min 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir. Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir. Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır”, – deyə xəbərdə qeyd edilir.