Son yeniləmə: 29 Dekabr 2021 13:59
Anar Cəbrayıllı: İl ərzində “Azərsu” ASC tərəfindən bu istiqamətdə müvafiq işlər görülüb
Bayraqdar.info – “2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən də müvafiq işlər görülüb. Yəni, qurum Ağdam, Kəlbəcər, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilən, Qubadlı, Laçın və Şuşada öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xeyli işlər görüb”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.
Hadrut, Kəlbəcər və Şuşada 24 saat xidmət göstərən briqadalarmız var
İl ərzində işğaldan azad edilmiş əraizlərdə görülən işlərlə bağlı sualı cavablandıran A.Cəbrayıllı deyib: “Öncə ondan başlayım ki, artılq bizim üç ərazidə – Hadrut, Kəlbəcər və Şuşada 24 saat xidmət göstərən briqadalarmız var. Onlar daim həmin ərazilərdədir. Oradakı hərbi və mülkü obyektlərin su təminatının dayanıqlığı ilə bağlı işlər görülür”.
“Azərsu” ASC-nin 2021-ci ildə ən böyük layihəsi Şuça şəhərində olub
Əsaslı tikinti-quraşdırma işlərinə gəlincə müsahibimiz bildirib ki, “Azərsu” ASC-nin ən böyük layihəsi 2021-ci ildə Şuça şəhərində olub: “Şuşa şəhərində su təsərrüfatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi çərçivəsində Kiçik Kirs magistral su kəmərinin 5.7 kilometrlik hissəsi yenidən qurulub. Artıq orada işlərin 95 faizindən çoxu icra olunub. İş yekunlaşmaq üzrədir. Bunun ardınca Şuşa şəhərində iki ədəd su anbarının və şəhərdaxili şəbəkənin bir hissəsinin yenidənqurulması həyata keçiriləcək. Sonra isə artıq Şuşa şəhərinin təsdiqlənmiş Baş planına uyğun olaraq şəhərdaxili içməli su və kanalizasiya şəbəkələrinin bütövlükdə yenidən qurulması həyata keçiriləcək”.
Ağdamda Birgə Monitorinq Mərkəzinin su təchizatı təmin edilib
A.Cəbrayıllı qeyd edib ki, Ağdam rayonu ərazisindəki Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin su təchizatının təmin edilməsi məqsədi ilə infiltrasiya çəni quraşdırılıb: “Eyni zamanda, orada həcmi 50 kub metr olan su anbarı və bir su nasos stansiyası tikildi. Həmçinin təxminən iki kilometrə yaxın su xətləri çəkildi. Kanalizasiya xətlərinə gəldikdə isə, təxminən 1,3 kilometr kanalizasiya xətləri və 1 septik quyu qazıldı. Hansı ki, tullantılar ora toplanır və oradan maşınlarla daşınıb, kənarlaşdırılır”.
Kəlbəcər və Laçında su təchizatının təmin edilməsi öz həllini tapıb
Kəlbəcər və Laçında da artıq bizim hərbi və mülkü obyektlərimiz fəaliyyətə başlayıb: “2021-ci il ərzində “Azərsu” ASC-nin sifarişi əsasında bu iki rayonun ərazisində su təminatının həyta keçirilməsi vacib olan hardasa su təchizatının təmin edilməsi. Biz bu işləri 21 kilometrə yaxın ərazidə müxtəlif diametrli borulardan istifadə etməklə reallaşdırdıq”.
Qeyd edilib ki, bu müddətdə eyni zamanda Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilanda olan obyektlərin su təminatı ilə bağlı işlər görülüb: “Orada davamlı olaraq görülən işlər həmin ərazilərdə xidmət aparanların dayanıqlı içməli su ilə təmin olunmasına imkan verdi”.