Press "Enter" to skip to content

İlham Əliyevin Sankt-Peterburq səfəri başa çatıb

Prezidentin Sankt-Peterburq səfəri

Son yeniləmə: 29 Dekabr 2021 09:50

Bayraqdar.info – Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Prezidentin Mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, Prezident İlham Əliyev görüşdə iştirak edib.

Xəbərdə bildirilir ki, əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.  Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib. Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.

Prezidenti İ.Əliyevin Sankt-Peterburq şəhərinə səfəri dekabrın 28-də başa çatıb.

Mission News Theme by Compete Themes.