Press "Enter" to skip to content

İl ərzində 110 mədəniyyət abidəsinə pasport təsdiq edilib

Anar Kərimov

Son yeniləmə: 29 Dekabr 2021 16:31

Bayraqdar.info – “Bakıda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi kitab və nəşriyyat sahəsində bu ilin ən əlamətdar hadisəsi oldu. Bu ilki sərgi “Nizami Gəncəvi İli”nə həsr olunmuşdu. Sərgi çərçivəsində maraqlı təqdimatlar, tanınmış yazarlarla görüşlər təşkil olundu. İl ərzində həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün “Qarabağa kitabla gedək” layihəsi üzrə kitab toplama kampaniyası davam etdirilib”.

Bu sözləri mədəniyyət naziri Anar Kərimov Nazirliyin illik hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

A.Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlət tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirib. Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Dövlət qeydiyyatında olan 403 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bundan əlavə, il ərzində ölkə üzrə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Nazirlik Şuşada Bülbülün Ev-Muzeyinin bərpasına dəstək verib, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransını təşkil edib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə Vaqif Poeziya Günləri, “Xarıbülbül” musiqi festivalı, Milli Musiqi Günü və Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının Şuşada da qeyd edilməsi, həmçinin “Qarabağın bərpası: yenidənqurma və inkişaf” sərgisində iştirak nazirliyin bu proseslərin mərkəzində yer alması deməkdir”.

Mission News Theme by Compete Themes.