Press "Enter" to skip to content

Dünya çempionatı: blits yarışları

Dünya çempionatı

Son yeniləmə: 29 Dekabr 2021 12:09

Bayraqdar.info – Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir. Dekabrın 29-da blits yarışları başlayacaq. Kişi şahmatçılar 12, qadın iştirakçılar isə 9 turda mübarizə aparacaqlar.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, çempionat çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçılarıdan kişilərin yarışında 13 turdan 9 xal toplayan Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Məhəmməd Muradlı, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.

“Qadınların yarışında isə təmsilçilərdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal əldə edən şahmatçı bu nəticə ilə 12-ci yeri tutub. Digər təmsilçilər Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.

“Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.

“Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.