Press "Enter" to skip to content

DSMF tərəfindən 13 min qazi ziyarət olunub

Son yeniləmə: 29 Dekabr 2021 15:15

Bayraqdar.info – Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə davamlı diqqət göstərilir. Öz növbəsində Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə müvafiq addımlar atır.

Belə ki, bu ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50 faiz artırılmaqla ödənilib.

Bunu dekabrın 29-da keçirilən mətbuat konfransınd DSMF sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib. Müharibədə yaralanmış qazilərə 4800-a yaxın sosial ödəniş təyin olunub.

Bildirilib ki, şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün davamlı işlər görülür. DSMF tərəfindən 13 min qazi ziyarət olunub.

Vurğulanıb ki, Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə bir pəncərə modelində xidmətlərin təşkili üçün Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb.

Mission News Theme by Compete Themes.