Press "Enter" to skip to content

DSMF ili uğurla başa vurur

Son yeniləmə: 29 Dekabr 2021 14:29

Bayraqdar.info– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu 2021-ci ili uğurla başa vurur. Bu barədə dekabrın 29-da keçirilən mətbuat konfransında bildirilib.

2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında DSMF-nin sədri Himalay Məmişov deyib ki, bu il qurumun xərcləri 5,92 milyard manat olub. Bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49 faiz artım deməkdir.

Son 4 ildə pensiya xərcləri 40 faiz artaraq 4,591 milyard manat olub, müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat, təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat, məcburi dövlət sosial sığorta xərcləri isə 32 faiz artaraq 125 milyon manata yüksəlib.

H.Məmişovun sözlərinə görə, 2021-ci ildə DSMF ötən illə müqayisədə 8,5 faiz çox – 5,152 milyard manat gəlir əldə edib. Builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2 faiz çoxdur: “Büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması proqnozlaşdırılır”.

O da bildirilib ki, 2021-ci il üzrə gözlənilən xərclər 4,841 milyard manat təşkil edir: “Bu milyon manat, başqa sözlə 2,8 faiz çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı isə məcburi dövlət sosial sığorta üzrə müavinətlərdir. 125 milyon manat isə digər xərclərdən ibarət olub”.

Mission News Theme by Compete Themes.