Press "Enter" to skip to content

Beş yeni regional idarə yaradılıb – ANAR KƏRİMOV

Anar Kərimov

Son yeniləmə: 29 Dekabr 2021 12:02

Bayraqdar.iinfo – “2021-ci ilin əvvəlində Nazirlik tərəfindən 9 hədəf üzrə fəaliyyət planın bəyan edilib. Hədəfimiz bu bəndləri sözdə deyil, əməldə icra etmək idi. Bu gün artıq nəticələri elan etmək vaxtıdır. Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək istiqamətində fəaliyyət göstərib”.

Bu sözləri Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin birillik fəaliyyətinə həsr olunan mətbuat konfransında nazir Anar Kərimov deyib.

Nazirlikdən dekabrın 29-da bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, konfransda mədəniyyət naziri Anar Kərimov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

“Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması hədəfi ilə bağlı 2030-cu ilədək “Azərbaycan Respublikasının mədəniyyət strategiyası”nın hazırlanması ilə bağlı işlərin görülüb. Bu sahədə 5 istiqamət üzrə (mədəni irsin qorunması, insan kapitalının inkişafı, yaradıcı sənayeyə dəstək, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, mədəniyyətin Qarabağa, Qarabağın mədəniyyətə qayıdışı) prioritetlər elan edilib. Həmçinin hüquqi bazanın yenidən qurulması da nəzərdən keçirilir. Bu hədəf üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 5 yeni regional idarə yaradılıb”, – deyə nazir qeyd edib.

Mission News Theme by Compete Themes.