Press "Enter" to skip to content

Baş prokuror veteran prokurorluq əməkdaşları ilə görüşdü

Baş Prokurorluqda görüş

Son yeniləmə: 29 Dekabr 2021 12:22

Bayraqdar.info – Baş Prokurorluğun mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Prokurorluğun digər veteranları arasında görüş keçirilib.

“Görüş iştirakçıları əvvəlcə Baş Prokurorluğun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Tədbirin əvvəlində ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Tədbirdə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin İdarə heyətini və onların ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt həyat arzulayıb.

“Görüşdə Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunub.

“Tədbirdə Mircavan Kazımov, Ruslan Hacıyev, Elxan Əsgərov, İlham Məmmədov, Zahid Vəliyev, Roza Şıxsəidova və prokurorluğun digər veteranları da çıxış edərək belə görüşlərin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd ediblər.

Sonda xatirə şəkili çəkdirilib.

Mission News Theme by Compete Themes.