Press "Enter" to skip to content

Azad edilmiş ərazilərdə 66 dəfə monitorinq aparılıb

Oxçuçay

Son yeniləmə: 29 Dekabr 2021 13:21

Bayraqdar.info – İşğal dövründə Qarabağ və Şərqi Zəngəzura dəymiş ziyanın hesablanması məqsədilə il ərzində 66 dəfə monitorinq aparılıb. Həmin ərazilərdən 657 su nümunəsi götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, götürülən su nümunələrinin analizi onu göstərir ki, ən çox çirklənən çay Oxçuçaydır. Bu barədə məlumatlar aidiyyatı qurumlara təqdim edilib.

Mission News Theme by Compete Themes.