Son yeniləmə: 28 Dekabr 2021 13:08
Bayraqdar.info – Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb.
Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. Qeyd edək ki, nazirin konfransı Nazirliyin Faacebook sosial şəbəkəsində canlı yayımlanıb.
Nazir bildirib ki, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.