Press "Enter" to skip to content

Operativ Qərargah əhaliyə müraciət etdi

Yaqut Qarayeva

Son yeniləmə: 28 Dekabr 2021 17:38

Bayraqdar.info – “Ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət stabildir”.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, ölkədə vəziyyət nəzarət altındadır. Bu da vaxtında və doğru verilmiş qərarların nəticəsidir.

Daha sonra NK yanında Operativ Qərargah Yeni illə bağlı əhaliyə müraciət edib. “Yeni illə bağlı kütləvi toplaşma halları qaçılmazdır. Ona görə də bununla bağlı ciddi tədbirlər görülməlidir. Unutmayaq ki, hər xəstəliyin profilaktikası onun müalicəsindən daha yaxşıdır. Vaksinasiya olunmalı və gigiyenik qaydalara ciddi əməl edilməlidir”.

Mission News Theme by Compete Themes.