Son yeniləmə: 28 Dekabr 2021 17:57
Bayraqdar.info – “Azərbaycana “omikron” ştamının daxil olması və yayılması zamandan asılıdır. Hazırda heç bir məhdudiyyətin tətbiqinə ehtiyac yoxdur. Lakin yeni ştam ölkəyə gəlsə, sərt tədbirlərə əl atmalı olacağıq”.
Bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
T.Musayev onu da bildirib ki, Türkiyə istehsalı olan TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir. Vaksinlə bağlı rəsmi sənədləşmə bitib və vaksin artıq Azərbaycana təqdim olunub. Komissiya sənədlərə baxış keçirir.