Son yeniləmə: 29 Dekabr 2021 08:53
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində millət vəkilliyinə namizədlərin yekun siyahısı bəlli olub. Belə ki, dekbarın 27-də Yüksek Seşim Kurulu (YSK) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısını açıqlayıb.
Yeni Düzenin məlumatına görə, həmin qərara əsasən yanvarın 23-də keçiriləcək seçkilərdə 6 rayondan 403 namizəd iştirak edəcək. Onlardan 400-ü 8 siyasi partiyanı təmsil edir, 3-ü isə müstəqil namizəddir.
50 yerdən ibarət parlamentə Lefkoşadan 16, GaziMağusadan 13, Girnədən 11, İskeledən 5, Güzelyurtdan 3 və Lefkedən 2 millət vəkili seçiləcək.
Dekabrın 28-dən etibarən partiyaların və müstəqil namizədlərin təbliğat dövrü başlayır. Seçki təbliğatı səsvermə gününə bir gün qalmış, yəni yanvarın 22-də başa çatacaq.
[…] KKTC-də namizədlərin yekun siyahısı bəlli olub […]