Son yeniləmə: 28 Dekabr 2021 12:58
Bayraqdar.info – Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfər edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.