Press "Enter" to skip to content

Hulusi Akar: Türkiyə Bosniya və Herseqovinanı dəstəkləmək üçün hər şeyi edəcək

Son yeniləmə: 28 Dekabr 2021 00:41

Bayraqdar.info – Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bosniya və Herseqovinada təmasları çərçivəsində Beynəlxalq Sarayevo Universitetində (IUS) konfrans verib.

Balkan News xəbər verir ki, Türkiyə ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin dostluq və qardaşlıq münasibətləri olduğunu bildirən H.Akar deyib: “Ortaq tarixi və mədəni dəyərlərimiz var. Ticarət, təhsil, səhiyyə və müdafiə daxil olmaqla, hər bir sahədə əməkdaşlığımız getdikcə güclənir. Bu əlaqələr hər gün inkişaf edir”.

Türkiyənin Balkanların sabitliyinə böyük əhəmiyyət verdiyini və hər zaman konstruktiv rol oynadığını ifadə edən H.Akar daha sonra bildirib: “Bosniya və Herseqovinanın Balkanlardakı strateji əhəmiyyətinin şüurundayıq. Mən bunu şəxsi təcrübəmdən bilirəm, çünki bu ölkədə türk qüvvələrinin komandanı kimi xidmət etmişəm”.

Bosniya və Herseqovinanın birlik və sabitliyinin təkcə bölgə üçün deyil, bütün dünya üçün fövqəladə əhəmiyyət daşıdığını vurğulayan nazir bu ölkənin Silahlı Qüvvələrinin ləğvi ilə bağlı çağırışlara və separatçı ritorikaya son qoyulmalı olduğunu vurğulayıb: “Türkiyə dost və qardaş ölkələrin sülh və sabitliyinə xüsusi diqqət yetirir. Türkiyə Bosniya və Herseqovinanı dəstəkləmək üçün hər şeyi edəcək”.

 

Mission News Theme by Compete Themes.